Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatı haqqında sərəncam imzalayıb.
"Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin edilib.
Məlumat üçün bildirək ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib.
Ailəlidir, 2 övladı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !