Prezidentin işdən azad etdiyi icra başçısı KİMDİR? - DOSYE

15:59 | 05.10.2018
Prezidentin işdən azad etdiyi icra başçısı KİMDİR? - DOSYE

Prezidentin işdən azad etdiyi icra başçısı KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi bu gün Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev vəzifəsindən azad edilib.

GoldNews.az Vaqif Bdullayevin tərcümeyi- halını sizə təqdim edir:

Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub.

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirən Abdullayev, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb. Ona 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilib.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif edilmişdir. Ailəlidir, 5 övladı, 10 nəvəsi var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb