Prezidentin Qarabağ mesajı: İrəvana hücum...

10:07 | 23.03.2018
Prezidentin Qarabağ mesajı: İrəvana hücum...

Prezidentin Qarabağ mesajı: İrəvana hücum...

Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək.

Bu sözləri Axar.az-a a Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyevin Ermənistanla bağlı çıxışını şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısının seçkiqabağı bu çıxışı əslində, Azərbaycanın uzun müddətdir planlaşdırdığı hücum siyasətindən xəbər verir:

"Azərbaycan hər zaman olduğu kimi, seçkidən sonra da Dağlıq Qarabağla bağlı daha tələbkar, ciddi və beynəlxalq prinsiplərə söykənən mövqedən çıxış edəcək və ədalətin bərpasını tələb edəcək. Bu isə o anlama gəlir ki, prezident seçkisindən sonra Azərbaycan Dağlıq Qarabağla bağlı daha sərt siyasət yürüdəcək və yeni hücum siyasətinə keçəcək. Dünyanın aparıcı ölkələri, xüsusən də həmsədr dövlətlər artıq öz siyasətlərində korrektələrə getməyi, gerçəyi, ədaləti dəstəkləməyi bacarmalıdırlar. Cənab prezident son çıxışı ilə sözügedən dövlətlərin qarşısında çox ciddi tələb qoydu. Nəhayət, dünya Ermənistanın işğalçılıq siaysətinə yox deməlidir. Prezidentin qətiyyətli mövqeyi də məhz bundan xəbər verir. Dövlət başçısı artıq neçənci dəfədir ki, İrəvana sərt xəbərdarlıq edərək, Azərbaycan torpaqlarını azad etməyə çağırır. Bu, həm də Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı Bakının gələcək planlarından xəbər verir. Hesab edirəm ki, Ermənistanı qarşıda çox böyük sınaq gözləyir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Ermənistanın iki il bundan əvvəl döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmədiyini vurğulayıb:

"Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb