Prezidentin təltif etdiyi məşhür kimdir?

22:47 | 10.08.2018
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Göyçayev "Şöhrət” ordeni ilə təltif edilib.

Kult.az xəbər verir ki, xalq artisti, dirijor Teymur Ənvər oğlu Göyçayev 1958-ci ilin 11 avqustunda anadan olub.

T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini 1981-ci ildə fərqlənmə diplomu ilə bitirib, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak edib və laureat adı qazanıb. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləyib, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

O, 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.

2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını alıb. Dəfələrlə Prezident Mükafatına layiq görülüb.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

www.anews.az

Xəbər lenti