Prezidentin yarım milyardlıq ikimərtəbəli təyyarəsi - Fotolar

09:16 | 14.11.2018
Prezidentin yarım milyardlıq ikimərtəbəli təyyarəsi - Fotolar

Prezidentin yarım milyardlıq ikimərtəbəli təyyarəsi - Fotolar

Qətər şeyxi Təmim bin Hamed Əl Saninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi və xeyli mübahisələrə səbəb olan VİP təyyarə ilk dəfə istifadə olunub. 

Fransaya səfər edən prezident yeni "Boing 747-8” tipli təyyarəsində ilk dəfə mətbuat nümayəndələri ilə görüşərək foto çəkdirib.

Təyyarənin daxili görünüşünün əvvəlkinə nisbətən xeyli geniş olması da diqqətdən yayınmayıb. Hətta masanın belə əvvəlkindən iki dəfə böyük olduğu bildirilir. Normalda 400 sərnişin daşıya bilən təyyarədə özəl olaraq 76 sərnişin üçün hazırlanıb. Hava gəmisinin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.

İyulun 15-də İsveçrənin Bazel şəhərindən İstanbulun Səbihə Gökçən hava limanına enən təyyarə Türk Hava Yollarına məxsus xüsusi ərazidə saxlanılıb./unikal.org
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM