Prezidentlər Sumqayıtda: yeni zavod açıldı

15:18 | 18.07.2018
Prezidentlər Sumqayıtda: yeni zavod açıldı

Prezidentlər Sumqayıtda: yeni zavod açıldı

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış etdilər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verildi.

Dövlət başçıları müəssisənin məhsullarına baxdılar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb