Problemli kreditlərin həcmi artır

17:43 | 23.11.2017
Problemli kreditlərin həcmi artır

Problemli kreditlərin həcmi artır

"Cari ilin ilk 9 ayı ərzində bank aktivlərinin həcmi  təqribən 17% azalaraq 26,2 mlrd. manat, kredit portfeli təqribən 25% azalaraq 12 mlrd. manat, depozit portfeli isə təqribən 12% azalaraq 19,5 mlrd. manat təşkil edib, qeyri-işlək kreditlərdə artım müşahidə edilib və bu cür kreditlərin portfeldə payı, kapitalın həcmi artıb”.

Anews.az FED.az-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, neqativ meyillərə baxmayaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən görülən tədbirlər nəticəsində bankların kapitallaşması prosesi davam edib, il ərzində bank sektorunun kapitalı təqribən 24% artaraq 3 mlrd. manatı ötüb: "İqtisadiyyatda müşahidə edilən bərpa prosesləri, qeyri-işlək kreditlər üzrə yığımların davam etməsi, eyni zamanda, nağdsız ödənişlərin genişlənməsi bankların gəlir generasiyasına müsbət təsir edib, həmçinin Mərkəzi Bankın faiz siyasəti və dövlət qiymətli kağızları üzrə gəlirliliyin yüksək olması prosesi dəstəkləyib, nəticədə cari ilin doqquz ayı ərzində sektor üzrə təqribən 480 mln. manat məbləğində xalis mənfəət əldə edilib”.

Z.Nuriyev əlavə edib ki, iqtisadiyyatın xarici balans üzrə mövqeyinin yaxşılaşması və daxili valyuta bazarında vəziyyətin stabilləşməsi həm kreditlər, həm depozitlər, həm də əmanətlər üzrə zəif de-dollarizasiya meyilləri ilə müşaiyət olunmaqdadır: "Kreditlər üzrə dollarlaşma 5,3%, depozitlər üzrə 0,7%, əmanətlər üzrə isə 7,9% bəndi azalıb. Hazırda kreditlər üzrə dollarlaşma 42%, depozitlər üzrə 74,6%, əmanətlər üzrə 71,8% təşkil edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb