Psixoanalitik: "Uşağı masturbasiyaya görə cəzalandırırlarsa, bu..."

Psixiatr və psixoanalitik Eldar Haqverdi ANN.Az saytına müsahibəsində azərbaycanlıların ən çox yayılmış psixi problemlərindən, bunu törədən səbəblərdən və uşaqların düzgün tərbiyəsinin nə demək olmasından danışıb.
- Müasir Azərbaycan ailələrində hansı psixoloji problemlər daha çox müşahidə olunur?
- Mütəxəssislərə müraciət edənlər arasında ailəli olanların sayı yarıdan bir qədər azdır. Əksər hallarda onların problemləri ailəni yaratmış adamların müstəqil olmamasıyla, valideynlərdən asılılıqla bağlıdır. Bu, Azərbaycan üçün spesifik problemdir.
- Bəs sizə müraciət edənlərin yarıdan çoxu kimdir? Kobud desək, müştəriləriniz kimlər olur?
- Təxminən 30 yaşı olan nevrozlar və daha çox qızlar. Dəhşətli hücumlardan, aqorafobiyadan (çıxılmaz yerdə və situasiyada qalma qorxusu – red.) və ya OKR-dən şikayətçi olanlar...
- Aqorafobiya, OKR?
- Aqorafobiya bu, ictimai yerlərdən, camaatdan qorxu hissidir. Bu şəxslər evdən tək çıxmağa qorxurlar. OKR - Obsessiv-kompulsiv pozğunluq- yəni, sarışan hallar nevrozu. Bu zaman pasiyentdə təkrarlanan və arzu edilməyən fikirlər, təsəvvürlər və hərəkətlər meydana çıxır.
- Bizim cəmiyyətimizdə aqorafobiyadan və OKR-dən əziyyət çəkənlər daha da çoxalır?
- Deməzdim ki, çoxalır. OKR-in tezliyi seksual sərbəstliklə birbaşa bağlıdır. Mentalitetimizin xüsusiyyətləri və xeyli yazılmamış qanunların çoxluğu şəraitində bizdə OKR halları çoxdur.
- Belə çıxır ki, siz sərbəstliklə bağlı yox, qapalılıqla bağlı halları nəzərdə tutursunuz?
- Sərbəstliyin səviyyəsi, qadağaların gücü və hər cür tabu. Sərbəstliyin səviyyəsi nə qədər aşağıdırsa, OKR-li pasiyentlər bir o qədər çoxudur. OKR-ə məsuliyyətli, vicdanlı, pedantik ((it. Pedante tərbiyəçi, müəllim) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarına ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır – red.), perfeksionist insanlar (Perfeksionizm psixologiyada ən yüksək nəticənin olduğuna inanmaq, patoloji formada isə mükəmməl olmayan nəticəni qəbul etməməkdir- red) meyllidir. Onlar hər şeyi mükəmməl səviyyədə etməyə çalışırlar və əgər hər hansı mənəvi qadağa varsa, onlar bu qadağaya da mükəmməl səviyyədə riayət edirlər və başqalarından daha çox, özündən ən böyük mənəvi "təmizlik" tələb edirlər.
- Belə çıxır ki, bu xəstəlik daha çox dindarlarda rast gəlinir?
- Tamamilə doğrudur! Məhz onlar OKR-i pasiyent-kişilərin əksəriyyətini təşkil edirlər. Dua zamanı, onlarda vaxtaşırı şeytani fikirlər, təhqiredici sözlər yaranır. Onlar bununla mübarizə aparırlar, hər şeydə iblisi günahlandırırlar. Amma yenidən və yenidən özlərini dua etməyə məcbur edirlər, bu zaman anlamırlar ki, onları yoldan çıxaran şeytan yox, şəxsi tapdanmış meylləridir.
- Belə çıxır ki, insanlar özləri-özünü psixiki pozğunluq vəziyyətinə salırlar?
- Elə də demək olar. Özünü bu qədər incitmək onlara hətta müəyyən həzz verir, əlbəttə, şüursuz səviyyədə. Yeri gəlmişkən, bu, ilk baxışda mazoxizm kimi görünə bilər, amma əslində sadizmdir. Mazoxizm üçün üzərinə sadist rolu götürən başqa insan lazımdır, sarışan hallar nevrozu olan insan isə sadizmi öz üzərinə yönəldir.
- Bəs bu adamlar kömək etməyə necə müvəffəq olursunuz? Belə çıxır ki, onlar bu psixi pozğunluqdan qurtulmaq üçün dindən və onun buyurduğu qanunlardan imtina etməlidirlər? Siz onları necə müalicə edirsiniz?
- Burada birbaşa məsləhətlər kömək etməyəcək, çünki müştərinin ən güclü müqavimətini doğuracaq. Psixoanalitik kömək ondan ibarətdir ki, pasiyent özünü eşitsin. İnterpretasiyalar və suallar bunda bizə kömək edir, amma nəticədə analizantın (psixoanalizlə məşğul olan subyekt – red.) özünü interpretasiya edir.
- Bəs bu, necə baş verir?
- Analizant taxta uzanır və bir anda ağlına nə gəlirsə deyir.
- Kömək edir?
- Bu, göründüyü kimi asan məsələ deyil. Bu, "ürəyini boşaltmaq" da deyil. Analitik analizantın özündən gizlətməyə çalışdığı yerlərdən suallar verir.
- Qızlar OKR-ə daha meyillidir, nəinki kişilər?
- Yox, qızlar çox meyilli deyillər, sadəcə onlar analitikə müraciət edəcək qədər "zəifliyi" özlərinə sığışdırırlar, kişilər isə, ələxsus da bizim ölkədə, zəifliyə və qorxuya hətta hansısa eyham etməyə belə qorxurlar.
- OKR necə yaranır? Özünü nədə ifadə edir? İnsanın davranışında hansı hallar olur? Və əgər vaxtında mütəxəssisə müraciət etməsə nə ola bilər?
- Siz vaxtaşırı əllərini yuyan insanlar haqqında eşitmisinizmi? Və ya qapını bağlayıb-bağlamadığını, qazı söndürüb-söndürmədiyini dəfələrlə yoxlayan adamlar... Bu OKR-in simptomlarıdır.
Bu vəziyyət illərlə, hətta onilliklərlə davam edə bilər.
İllüstrasiya şəklində bir nümunə gətirim: qadın əllərini daim sabunla yuyur. Əslində o, başqa nəyisə yuyub təmizləyir, özünün də bilmədiyi hansısa bir "çirki". Bu "çirk" başqa bir çirki simvolizə edir, onun seksual meyllərini, çünki məhz bunları o, çirkli hesab edir.
- Yəni qadın hər dəfə, əllərini yumağa o vaxt qaçır ki, özünü yad kişiylə təsəvvür edir?
- Bəzən demək olar ki, belədir. Bəzən başqa qadınla. Tez-tez valideynlərdən biriylə. Amma bu, əsas məsələ deyil. Qadağanın özü, fantaziyanın ədəbsizliyi və bununla əlaqədar utancaqlıq vacib məsələdir. Qeyd etmək lazımdır ki, OKR simptomları olan pasiyent bunu şüurlu səviyyədə "təsəvvür etmir". Fantazmanın dərk edilməsi təhlil prosesində mümkündür.
- Bəs sizcə, OKR - bizim ölkəmizdə psixiki pozğunluqların arasında liderdirmi?
- Xeyr. Bizdə lider aqorafobiya, həyəcanlı, dəhşətli pozğunluqlardır – bu hallar psixoanalizdə "qorxu isteriyası" adı altında birləşir.
- Aqorafobiyanın liderliyi nəylə izah olunur?
- İzah edəcəm. Lider olan - "qorxu isteriyasıdır", aqorafobiya onun bir hissəsidir. Bu da seksual problemlərlə izah olunur, amma OKR-dən fərqli olaraq, bir az başqa cürdür. Həm də şəxsiyyət strukturu da burada başqa cürdür. Burada üç böyük nevroz var - qorxu isteriyası, konversiya isteriyası və sarışan hallar nevrozu – bu, meyllərin sıxışdırılmasıyla və onların simptomlar şəklində qayıdışıyla bağlıdır. Amma bu, o demək deyil ki, psixoanaliz hamıya qaçmağı və bütün gizli seksual fantaziyalarını həyata keçirməyi məsləhət görür, bu da yeri gəlmişkən, texniki olaraq qeyri-mümkündür. Əxlaqsızlığın və seksual bu mövqeyini Freydə aid edirlər, amma bundan axmaq ittiham olmaz. Heç yerdə və heç vaxt Freyd belə şey deməyib, əksinə, onun "vəhşi psixoanaliz haqqında" məqaləsi var, burada o, onun nəzəriyyəsini yanlış anlamış qeyri-peşəkarları tənqid edir, hansında ki, o onun nəzəriyyəsini dəyişkən (yanlış) anlamış və pasiyentlərə seksi panaseya (Bütün xəstəliklərin mifoloji universal vasitəsi – red.) kimi məsləhət görür.
- Belə çıxır ki, Freyd haqlıymış və bütün psixiki pozğunluqlar sekslə bağlıymış?
- Freyd əlbəttə haqlıdır. Amma onu çox təhrif edilmiş üsulla, mənfi rəylər prizmasından oxuyurlar. Seksual meyllər haqqında danışmaq başqa, seks haqqında danışmaq tamam başqa məsələdir. Freyd meyllər haqqında danışır. Bu meyllər bir neçədir və belə görünür ki, heç bir universal "seks" yoxdur.
- Mən indi bir az primitiv görünəcəm, amma gəlin təsəvvür edək ki, sizin yanınıza gələn adam deyir ki, o, seksi öz anasıyla və ya atasıyla və yaxud bacısıyla, ya da qardaşıyla təsəvvür edir. Bəs sonra? Doğrudanmı ona necəsə kömək etmək olar ki, bir daha belə təsəvvürlərə qapılmasın?
- Əlbəttə, kömək etmək olar. Amma adətən sizin təsvir etdiyin kimi olmur, çünki insest və ya homoseksual meyllər əvəzinə məsələn, qorxu sindormu yaranır, bu, həm qorxu isteriyası vaxtı, həm də OKR vaxtı olur.
- Bəs qorxu isteriyası nədir?
- Subyekt qadağan edilmiş meyllərin onun şüuruna nüfuz etməsini sinirə bilmir, bunlar da kobud desək, simptomlara çevrilirlər. İnsan nədənsə qorxur və bu qorxunun məntiqli səbəbləri yoxdur. Bu, qəfil ölümdən qorxmaq, dəli olmaqdan qorxmaq, hər hansı predmetdən, heyvandan və ya hansısa vəziyyətən qorxmaq ola bilər.
- Və bu hal bizdə ilk yerlərdən birini tutur? Çox qəribədir. Bəs bunu nəylə izah edərdiniz? Doğrudanmı, bu da necəsə sekslə bağlıdır?
- Bəli. Amma bu, adi qorxu deyil. Seks qorxusu da deyil. Bir az əvvəl dediyim kimi, sıxışdırılmış seksual meyllərlə bağlı qorxudur. Seks dedikdə, cinsi əlaqə anlaşılır, vəssalam.
- Qorxu isteriyası da seksual meyllərin sıxışdırılmasıyla bağlıdır?
- Elədir. Əgər kimə maraqlıdırsa, "Kiçik Hansı" oxusun. Bu, 5 yaşlı oğlanın fobiyasının analizidir, həmin uşağı Freydin yanına onun atası gətirmişdi. 5 yaşlı uşaq seks haqqında nə bilə bilər?
- Həqiqətən, 5 yaşlı uşağın seksual biliyi nə ola bilər ki?
- Müxtəlif meyllər ola bilər. Bu, bir deyil, bütövdür, bizə bütün həyatımız boyu təkrar edirlər ki, onlar çoxdurlar, onlar qisməndir və eyni seksual fantaziyası olan iki subyekt yoxdur.
- Onlardan (simptomlardan) mütəxəssisin köməyi ilə tamamilə qurtulmaq mümkündürmü? Yoxsa mütəxəssis pasiyenti yalnız problemin həllinə itələyir, sonra isə özbaşına buraxır?
- Simptomlardan qurtulmaq olar, onlar orta hesabla yarım ilə azalırlar (hər şey nevrozun köhnəliyindən asılıdır), amma adətən analiz daha uzun, orta hesabla 1,5-2 il davam edir ki, simptomların qayıtmayacağına əminlik olsun. Hərçənd, əlbəttə analizin hədəfi yalnız bu deyil.
- Bəs simptomlardan qurtula bilməyən adam necə olsun? O, kobud desək, Maştağaya köçməlidir?
- Yox, heç də belə deyil. Ən pis şey – nevroza yaxın insanların çəkdikləri əziyyətdir. Bundan başqa, bəzi pasiyentlər işləyə, şəxsi həyatlarını qaydaya sala bilmirlər. Psixiatrik xəstəxanalar da vəziyyətdən çıxış yolu deyil. Hər halda, bu, həkimlərin götürdükləri məcburi ölçüdür, çünki nə bizdə, nə haradasa MDB-də alternativ variant yoxdur. İtaliyada isə, 1998-ci ildən ümumiyyətlə psixiatrik xəstəxana yoxdur…
- Sizə qulaq asıram və mənə belə gəlir ki, bütün bu psixi problemlərin səbəbi ailələrdə seksual tərbiyənin yoxluğuyla bağlıdır. Hər cür qadağalar, qorxular müxtəlif fobiyalar bu kimi hallar doğurur.
- Əlbəttə, hər şey qadağalarla bağlıdır. Amma qadağan olunan da elə seksualdır. Qadağa yoxdur - arzu yoxdur. Arzu qadağayla doğulur, əksinə yox. Psixoanaliz nöqteyi-nəzərindən - normal insanda qadağanı arzu doğurmur. Normal insan bu halda mülayim nevrotikdir. Prinsip etibarilə heç bir universal tərbiyə ola bilməz. Yəni seksual tərbiyə proqramları yaxşı heç nəyə gətirib çıxarmayacaq (əhalinin psixi sağlamlığının yaxşılaşması kimi). Hərçənd arzuedilməz hamiləlikdən və ya HİV-infeksiyadan qoruya bilər. Amma bir məsələ var ki, uşağın tərbiyəsində bunu etməmək məsləhətdir.
- Mentalitetin daşıyıcısı olan orta statistik şərti Azərbaycan ailəsi psixoanaliz nöqteyi-nəzərindən uşağı düzgün tərbiyə edirmi?
- Yox, tərbiyə haqqında bunu demək olmaz. Düzgün tərbiyə yoxdur. Amma əgər 21-ci əsrdə uşağı masturbasiya üstündə cəzalandırırlarsa (və ya yorğanın altında onun əllərinin vəziyyətini izləyirlərsə), yeni evlənmiş cütlüyün cinsi əlaqəsini yengə şamla müşahidə edirsə və əgər bütün bunlar internetin və kabel televiziyasının olduğu ölkədə baş verirsə, onda bu, bütün pozuqluqlara gətirib çıxara biləcək həmin absurddur.
Həmid Həmidov
ANN.Az