Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi — VİDEO

12:30 | 15.11.2018
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi — VİDEO

Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi — VİDEO

Taylandda məktəb xərclərini ödəmək üçün rinqə çıxan 13 yaşlı uşaq aldığı zərbədən dünyasını dəyişib.

Atası və anası olmayan Anuça Tasako 8 yaşından rinqlərə çıxır. Sonuncu dəfə çıxdığı rinqdə isə beynindən aldığı zərbə ölümünə səbəb olub.

Anuçanın ölümü Taylandı yasa boğub. Ölümdən sonra uşaqların Tayland boksu yarışlarında iştirakının qarşısını alan qanunun qəbul edilməsi tələb edilib. Anuça maska taxmadan rinqə çıxıb və aldığı zərbədən beyin qansızması keçirib.

Tayland boksu ölkənin əsasən kənd ərazilərində geniş yayılıb. İdman və turizm naziri Virasak Kovsurat bildirib ki, parlamentdə 12 yaşından kiçik uşaqlara bu yarışlarda iştirak etməyi qadağan edən qanun layihəsi hazırlanır./olke.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb