Pulitzer mükafatı laureatı dünyasını dəyişdi

22:19 | 23.05.2018
Pulitzer mükafatı laureatı dünyasını dəyişdi

Pulitzer mükafatı laureatı dünyasını dəyişdi

ABŞ-ın ən məşhur roman yazarlarından olan Filip Rot 85 yaşında dünyasını dəyişib. 

Anews.az xəbər verir ki, Rotun "Azad edilmiş Tsukerman”, "Amerikaya qarşı sui-qəsd”, "Həyəcan” və digər romanları dünyaca məşhurdur. 

O, dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub, ancaq onu qazanmayıb. 

Bununla yanaşı, yazıçı dünyanın bir çox prestijli ədəbiyyat mükafatlarının laureatı olub. O, 1998-ci ildə "Amerika pastoral”ına görə Pulitzer və 2011-ci ildə Beynəlxalq Buker mükafatlarını qazanıb. 

Filip Rot 30-dan çox romanın müəllifidir. Onlardan sonuncusu 2009-cu ildə işıq üzü görüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb