Putin imkan vermir: Ərdoğanın Qarabağ etirafı…

11:12 | 19.11.2017
Putin imkan vermir: Ərdoğanın Qarabağ etirafı…

Putin imkan vermir: Ərdoğanın Qarabağ etirafı…

Moskva Qarabağ məsələsini İrəvanın xeyrinə həll etmək istiyir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində öz destruktiv mövqeyindən əl çəkməyəcək:

"Ümumiyyətlə, Rusiya öz neoimperialist siyasətini heç vaxt gizlətməyib. Fikir verin, görün, Kreml necə yumuşaq siyasət aparır, ancaq ortada konkret nəticənin əldə olunmaması göstərir ki, prosesləri birbaşa Rusiya özü idarə edir. Çünki Moskva Qarabağ məsələsini İrəvanın xeyrinə həll etmək istəyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasında rusiyalı həmkarının ümidsizliyini dilə gətirməsi məhz ondan xəbər verir ki, Moskva tərəfindən irəli sürülən varinatlarda heç bir proqressiv təklif yoxdur. Öz üzdən Soçi görüşünün üstündən çox keçmədən Rusiya xarici işlər nazirinin regiona gözlənilən səfərlərinin də hansısa real nəticə verəcəyinə inanmıram. Buna görə də nəinki Soçi, bütün görüşlərdə konkret nəticənin əldə olunmasının səbəbini anlamaq elə də çətin deyil”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb