Putin niyə smartfon işlətmir? - Peskov açıqladı

12:06 | 15.01.2019
Putin niyə smartfon işlətmir? - Peskov açıqladı

Putin niyə smartfon işlətmir? - Peskov açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının smartfon telefonunun olmadığını bildirib.

"Qafqazinfo” xəbər verir ki, Peskovun sözlərinə görə, smartfon tam şəffaflığı təmin edir, bu səbəbdən də dövlət başçısı onu işlədə bilməz.

"Bəs Vladimir Putin telefonsuz necə keçinir” sualına cavab olaraq Peskov "çox gözəl” cavabını verib:

"Bəs daha əvvəl necə telefonsuz keçinirdilər? Həqiqətən də, dövlət başçısı smartfona sahib ola bilməz. Çünki bu, insanın tam şəffaflıqla razılaşması anlamına gəlir”.

Peskov əlavə edib ki, Putin informasiyanı qəzet və jurnallar, həmçinin internetlə əldə edir. 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb