Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar

10:42 | 07.12.2018
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar

Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar

Hadisə Ukraynada baş verib

Ukraynada iki türk vətəndaşı Putin və Medvedev maskalı silahlı şəxslər tərəfindən soyulub.

Anews.az aznews.az-a istinadən xəbər verir ki, Lubyanka kəndində bir neçə ay əvvəl baş vermiş hadisədə oğrular türklərin 20 min dollarını oğurlayıb.

Polis hadisədən sonra Kiyevdə apardığı əməliyyat nəticəsində 4 nəfəri saxlayıb.

"TurkRus"un xəbərinə görə, qarətçilərin silahları arasında əl bombasından tapançaya qədər bütün silahlar olsa da, ən çox diqqət çəkən Putin və Medvedev maskaları olub.

Həmin maskalar "dəlil" olaraq götürülüb.

Qarətçilərin 30 və 55 yaşları olduğu bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb