Putin və Trampdan mətbuata ilk açıqlama

15:52 | 16.07.2018
Putin və Trampdan mətbuata ilk açıqlama

Putin və Trampdan mətbuata ilk açıqlama

Rusiya prezidenti  Putin və ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl mediaya qısa açıqlama ilə çıxış ediblər.

Anews.az APA-ya istinadən xəbər verir ki, V. Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib. O, D. Trampla daimi təmaslarının davam etdiyini, telefonla danışdıqlarını və müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşdüklərini bildirib: "Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur”.

D. Tramp isə qeyd edib ki, ABŞ- Rusiya münasibətlərini yaxşılaşdırmaq şansı var: "Bütün dünya ABŞ və Rusiya arasında yaxşı münasibətlərin olmasında maraqlıdır”.

D. Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM