Putini toya çağıran nazirin başı dərddə

22:19 | 17.08.2018
Putini toya çağıran nazirin başı dərddə

Putini toya çağıran nazirin başı dərddə

Avropa Parlamentində Avstriyanı təmsil edən "Yaşıllar – Azad Avropa Alyansı” fraksiyasının deputatı Mişel Reymon ölkəsinin xarici işlər naziri Karin Knayslı Rusiya prezidenti Vladimir Putini toya çağırdığına görə istefaya getməyə səsləyib.

Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə öz "Twitter” hesabında yazıb. 

"Firuzəyi-mavi koalisiya hökuməti Rusiya rejiminin Avropa İttifaqına uzanmış əli kimi qəbul edilir və ölkəmizin nüfuzuna pis təsir göstərir. Bu, təkcə Avstriyanın deyil, Avropanın problemidir.

Xarici işlər naziri Karin Knaysl buna görə məsuliyyət daşıyır və Avstriyanın imicinə zərbənin qarşısını almaq üçün dərhal istefa verməlidir. Əgər o könüllü getməzsə, federal kansler bu gün nazirin işdən çıxarılması təklifi ilə prezidentə müraciət etməlidir”, - deyə Reymon yazıb.

Onun sözlərinə görə, Avstriya XİN başçısının toyu ilk növbədə şəxsi bayramdır və bu hadisə Avstriyanın xarici siyasət mövqelərinə təsir etməməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb