Qadın voleybolçularımız məğlub oldu

14:00 | 19.09.2017
Qadın voleybolçularımız məğlub oldu

Qadın voleybolçularımız məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. 

anews.az Apasport.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər.

Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.

Komandamızın heyətində Polina Rəhimova ən məhsuldar oyunçu olub. Onun 15 zərbəsi millimizə xal gətirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti