“Qalatasaray” azarkeşlərinə bəd xəbər

22:30 | 19.10.2018
“Qalatasaray” azarkeşlərinə bəd xəbər

“Qalatasaray” azarkeşlərinə bəd xəbər

"Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

"Sarı-qırmızılar”ın futbolçusu Henri Onyekuru zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə 21 yaşlı futbolçunun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Onyekuru 11 noyabrda keçiriləcək "Qalatasaray” - "Fənərbaxça” derbisində komandasına kömək edə bilməyəcək.

"Qalatasaray” Onyekurunu yay transfer pəncərəsi dövründə "Everton” klubundan icarəyə götürüb.

Nigeriyalı forvard Super Liqada çıxdığı 8 qarşılaşmada 2 qol vurub.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb