“Qarabağ” daha bir transferi rəsmən açıqladı

00:09 | 02.09.2017
“Qarabağ” daha bir transferi rəsmən açıqladı

“Qarabağ” daha bir transferi rəsmən açıqladı

Yay "transfer pəncərəsi”nin son günündə "Qarabağ” növbəti transferini həyata keçirib.

"Qaynarinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında təmsilçimizin heyətində keçirəcək.

27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Qeyd edək ki, daha öncə İsveçrənin "Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın "Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb