"Qarabağ" səfərdə "Atletiko"nu məğlub etdi

20:50 | 31.10.2017

"Qarabağ" səfərdə "Atletiko"nu məğlub etdi

Azərbaycan U-19 Liqasının qalibi olan "Qarabağ” komandası  UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.


İlk üç turda xal qazana bilməyən futbolçularımız səfərdə "Atletiko” klubuna minimal hesabla qalib gəliblər.


Matçda yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub. Bununla da, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "uğursuzluq zolağı”ndan çıxmağı bacarıb. Qrupun digər oyununda "Roma” doğma meydanda” Çelsi”yə 1:2 hesabı ilə uduzub.


Xatırladaq ki, "Metropolitano” stadionunda keçiriləcək əsas komandaların arasında görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 23:45-də səslənəcək 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM