"Qarabağ" "Sportinq"ə məğlub oldu

09:21 | 21.09.2018

"Qarabağ" "Sportinq"ə məğlub oldu

"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsində ilk tur matçına çıxıb.

Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi E qrupunun oyununda Portuqaliya "Sportinq"inin qonağı olub. Lissabondakı "Joze Alvelade" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 54-cü dəqiqədə Rafinya vurub. 88-ci dəqiqədə isə Jovane Kabral fərqi artırıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə 3 futbolçusunun xidmətindən yararlana bilməyib. Kapitan Rəşad Sadıqov, eləcə də Simeon Slavçev və Dani Kintana zədə üzündən oyunu buraxıb. Üstəlik, Maksim Medvedev oyun vaxtı zədələndiyi üçün 62-ci dəqiqədə əvəzlənməli olub. Yeni transfer Araz Abdullayev, zədəsini sağaldan Miçel və Medvedevin yerinə meydana girən Abbas Hüseynov da Ağdam komandasını məğlubiyyətdən qurtara bilməyib.

Beləliklə, "Qarabağ" Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb. Qrupun digər oyununda "Arsenal" İngiltərədə Ukrayna "Vorskla"sını darmadağın edib - 4:1.
Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Arsenal"a qarşı keçirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb