"Qarabağ" qələbə qazandı

23:03 | 01.08.2017

"Qarabağ" qələbə qazandı

Azərbaycanın "Qrabağ! fütbol komandası bu gün 2-1 hesabı ilə Moldovanın "Şerif" komandası üzərində qələbə çalıb.
 
Bununla da komandamız Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinə çıxdı.
 
Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu nəhayət keçə bilib. Əvvəlki üç mövsümdə "Zalsburq”, "Seltik” və "Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ” bu xoşagəlməz tendensiyanı qırıb.
 
Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. 
 
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
 
"Şerif” (Moldova) – "Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb