Qarabağda tezliklə müharibə baş verə bilər - Ekspert

12:46 | 09.08.2018
Qarabağda tezliklə müharibə baş verə bilər - Ekspert

Qarabağda tezliklə müharibə baş verə bilər - Ekspert

Bütövlükdə Cənubi Qafqazda vəziyyət olduqca gərgindir. Bu baxımdan, yaxın zamanlarda Dağlıq Qarabağda silahlı münaqişə baş verə bilər. AzVision.az bildirir ki, bu barədə Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer "RTVI”yə müsahibəsində deyib.
 
Onun fikrincə, Qarabağda alovlanacaq müharibə Gürcüstana də təsirsiz ötüşməyəcək. Çünki məhz Gürcüstan vasitəsilə Rusiya Ermənistanla quru əlaqəsi yaratmaq imkanına sahibdir. 

"Hazırda Rusiyanın Ermənistandakı yeni rəhbərliklə çox böyük çətinlikləri var. Ona görə də Dmitri Medvedev (Rusiyanın baş naziri – red.) Ermənistanı da nəzərdə tutaraq birbaşa formada dedi ki, Gürcüstanın NATO, Amerika və Qərbə tərəf gələcək addımları bütün regionda qorxunc müharibəyə gətirib çıxaracaq.” – deyə, rusiyalı hərbi ekspert vurğulayıb. 

Felqenhauerin sözlərinə görə, İrəvan Tbilisinin yolu ilə getməyə cəhd etsə Dağlıq Qarabağda irimiqyaslı müharibə və ciddi məğlubiyyətlə üzləşə bilər. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb