Qarabağın həlli yolu gücdür – Millət vəkili

16:27 | 19.02.2018
Qarabağın həlli yolu gücdür – Millət vəkili

Qarabağın həlli yolu gücdür – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Bursada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib.

Axar.az xəbər verir ki, tədbirdə millət vəkili Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Bursa Birlik Vəqfinin təşkil etdiyi konfransda təşkilatın rəhbəri Mustafa Bayraqdar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər.

Q.Paşayeva Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını kəskin qınayıb:

"Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük. 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi”.

Millət vəkili bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqqını qoruya bilmənin tək yolu gücdür:

"Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM