“Qarabağ”ın rəqibləri bilindi

21:51 | 24.08.2017
“Qarabağ”ın rəqibləri bilindi

“Qarabağ”ın rəqibləri bilindi

Monako şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, artıq Azərbaycan tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil olunan "Qarabağ"ın rəqibləri müəyyənləşib.

Ağdam komandası C qrupuna düşüb. "Qarabağ" rəqibləri "Çelsi” (İngiltərə), "Atletiko” (İspaniya) və "Roma” (İtaliya) klublarıdır. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun görüşləri sentyabrın 12-13-də keçiriləcək. Qrup mərhələsinə dekabrın 5-6-da keçirilən oyunlarla yekun vurulacaq.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb