Qaşıqçı ölümündən əvvəl şahzadə Salmanla danışıb - İDDİA

16:44 | 22.10.2018
Qaşıqçı ölümündən əvvəl şahzadə Salmanla danışıb - İDDİA

Qaşıqçı ölümündən əvvəl şahzadə Salmanla danışıb - İDDİA

Səudiyyə Ərəbistanı Konsulluğundan verilən açıqlamada Qaşıqçının öldürülməsindən vəliəhd şahzadə Məhəmməd ibn Salmanın xəbərinin olmadığı deyilsə də, adının açıqlanmasını istəməyən mənbədən Türkiyənin "Yeni Şəfərq" qəzetinə şok iddia daxil olub. Belə ki, jurnalist Camal Qaşıqçı öldürülməzdən əvvəl şahzadə Məhəmməd ibn Salmanla telefonda danışıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Camal Qaşıqçı ilə telefonda danışan şahzadə onun Səudiyyə Ərəbistanına geri qayıtmasını tələb edib. Həyatı təhlükəsinin olduğunu başa düşən C.Qaşıqçı bu tələbə etiraz edib. Bunun ardından Qaşıqçının ardınca göndərilən 15 nəfər muzdlu qatil plandan kənara çıxaraq onu boğub öldürmək məcburiyyətində qalıb.

Mənbə jurnalistin cəsədinin harada və kimdə olması ilə bağlı heç bir məlumatın olmadığını deyib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb