Qərbdə Rusiya üçün “qatil” hazırlanır: 2035-ci ilə kimi... –

12:26 | 19.10.2018
Qərbdə Rusiya üçün “qatil” hazırlanır: 2035-ci ilə kimi... –

Qərbdə Rusiya üçün “qatil” hazırlanır: 2035-ci ilə kimi... –

Qərb ölkələri Rusiya ordusunun yeni "Armata T-14” tankının "qatil”inin hazırlanmasına başlayıb.

Publika.az xəbər verir ki, bu haqda "Focus” nəşri yazıb.

Materialda deyilir ki, Qərbdə silahların köhnə parkının müasirləşdirilməsi prosesi aparılır. Belə ki, Böyük Britaniyada ilk nüsxələri hələ 1994-cü ildə çıxan "Challenger 2” tankı modernləşmə prosesinə məruz qalacaq.

Qeyd edilir ki, hazırda Britaniya qoşunları 400-dən çox belə tanka malikdir. Gözlənilir ki, modernləşmə prosesi bu texnikanın istismar müddətini 2035-ci ilə qədər uzadacaq. Oktyabrın başlanğıcında Britaniyanın "BAE Systems” müdafiə şirkəti yenilənmiş "Challenger 2”-nin mümkün versiyasını "Qara gecə”nin prototipini təqdim edib. Nəşr yazır ki, istehsalçılar gecəgörmənin yeni sistemi sayəsində tankın döyüş keyfiyyətlərini yaxşılaşdırmağı planlaşdırırlar. Həmçinin, xüsusi müdafiə kompleksinin quraşdırılması nəzərdə tutulur.

Hələ ötən il yayılan xəbərə görə, Amerika ordusunun əsas tankı olan "Abrams” tankının yeni versiyasının hazırlanmasına başlanılıb. M1A2 SEP v4 versiyası Rusiyanın "Arnata” T-14 tankının analoqu olacaq.



M1A2 SEP v4 əvvəlki versiya ilə müqayisədə 20 faiz daha yüngül olacaq. Tankın eyni zamanda aktiv müdafiə və lazer silahı ilə təmin olunan pilotsuz təyyarələrlə təchiz edilməsi nəzərdə tutulur. Tank yüngül 120 millimetr kalibrli XM360 lüləsi ilə təchiz ediləcək. XM360 bütün mövcud və perspektivli döyüş sursatlarını tətbiq etməyə qadirdir.

Tank öz xüsusiyyətlərini dəyişdirən universal mərmilərlə atəş aça biləcək. Tankın lüləsi dəqiqəyə 200 mərmi ata biləcək. Yüksək dəqiqlikli döyüş sursatları və pilotsuz uçuş aparatları piyada qoşununu məhv etməyə imkan verəcək.

2020-ci illərin ortalarına kimi birinci prototipin sınaqlara təqdim edilməsi nəzərdə tutulur. Növbəti illərdə hərbi texnikaya son şəkil veriləcək. 2030-cu illərin ortalarında "Abrams”la tədricən əvəz edilən tankın seriya istehsalı başlanacaq.

Qeyd edək ki, "Üçüncü dünya müharibəsinin tankı” adlandırılan T-14 Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır. Hətta Qərb ekspertləri də Rusiyanın yeni hərbi nailiyyətini etiraf edirlər. Zirehli texnika üzrə Ukrayna eksperti Andrey Tarasenko hesab edir ki, zahiri görünüş T-14 yaradıcılarının başlıca diqqəti onun ön zirehinə yönəltdiklərini göstərir. Bu isə o deməkdir ki, bu hərbi maşın kütləvi tank döyüşləri üçün nəzərdə tutulub.

"Armata T-14” tankları bir çox yeni silahlarla təchiz edilib. Polad tutumu 1,7 dəfə artırılan yeni nəsil tank 80 kilometr sürətlə hərəkət edə bilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM