Qəzzada toqquşmalar: 109 yaralı – FOTO + VİDEO

09:20 | 26.05.2018
Qəzza zolağında İsrail həbrçiləri ilə fələstinli etirazçılar arasında baş vermiş toqquşmalarda 100-dən çox fələstinli yaralanıb.

anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə nazirliyi məlumat yayıb.

İsrail Qəzza sərhədində "Böyük qayıdış yürüşü” adı altında keçirilən etirazlar sərasər doqquz həftədir ki, davam edir. Etirazçıların İsrail hökumətindən əsas tələbi, fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarıdır.

Cümə namazından sonra keçirilən yürüşdə yenidən gərginlik yaşanıb. İsrail hərbçilərinin güc tətbiq etməsi nəticəsində 109 fələstinli yaralanıb.  

İsrail ordusu aksiyada 1600-a yaxın fələstinlinin iştirak etdiyini, onların maşın təkərləri yandıraraq, hərbçiləri daş atəşinə tutduğunu açıqlayıb.

Qeyd edək ki, martın 30-dan bəri 115 fələstinli İsrail hərbçilər tərəfindən qətlə yetirilib. 13 mindən çox insan gülə yarası alıb və ya gözyaşardıcı qazın təsirindən zəhərlənib.
 







www.anews.az