• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

QİÇS xəstəliyi ilk özünü necə biruzə verir?

QİÇS xəstəliyi ilk özünü necə biruzə verir?
06.04.2015 14:00
Erkən diaqnozun olduqca əhəmiyyət daşıdığı QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) elm adamlarına görə, ilk ağızda bəlli olur. Sindromun ən önəmli əlamətləri bunlardır: tez-tez təkrarlanan diş əti qanaması, diş əti iltihabı və periodontal xəstəliklər (diş əti və dişləri dəstəkləyən toxumalara təsir edən infeksiya xəstəlikləri).

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, müalicəsi bəlli olmayan QİÇS-ə yoluxma və ondan ölüm halları hər il çoxalır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 10 dəqiqədə bir adam QİÇS-ə yoluxur. Sindrom dünyada 40 milyondan çox insana yoluxub, 25 milyon adam isə bundan həyatını itirib. Xəstəliyin müalicəsi hələ ki yoxdur, amma müəyyən müalicə üsulları ilə xəstəliyə səbəb olan virusu dayandırmaq mümkündür, amma orqanizmdən tamamilə çıxarmaq, təmizləmək mütəxəssislərə nəsib olmayıb. Virus orqanizmdən tamamilə təmizlənmədiyinə görə, fürsət düşən kimi, digər infeksiyalarla birləşərək orqanizmi çökdürür.

Digər xəstəliklər kimi, QİÇS-in də ən əhəmiyyətli tərəfi erkən diaqnozun qoyulmasıdır. Təəssüf ki, xəstəlik 1 ildən 11 ilədək özünü biruzə vermir, gizlin qala bilir. Bu müddət ərzində heç bir əlaməti ilə özünü biruzə verməsə də, HİV infeksiyasının ilk işartəları ağız boşluğunda görsənə bilər. Mantar infeksiyası adlanan əlamət rahatsızlıq verməyə başlayar. Güclə udqunma və dad duyğusunun itirilməsi müşahidə edilə bilər. Daha sonra isə tez-tez təkrarlanan diş əti qanamaları, diş əti iltihabı və preiodontal xəstəliklər üzə çıxa bilər. HİV infeksiyasına yoluxanların əksəriyyəti bu ilkin əlamətlərə diqqət yetirmirlər.

Müasir dövrdə QİÇS ölümcül deyil, xroniki xəstəlik kimi qəbul edilir. O, bütün həyatınız boyunca sizi müşayiət edən bir xəstəlik kimi tanınıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının gecəqondusuna çevrilən
12:12
Bakının gecəqondusuna çevrilən "Kubinka" - FOTOLAR
Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
12:10
Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakının sabahları, romantika və onun həzin sonu - FOTOLAR
11:56
Bakının sabahları, romantika və onun həzin sonu - FOTOLAR
Bakı metrosunda qadın kişi davası - VİDEO
11:41
Bakı metrosunda qadın kişi davası - VİDEO
11:34
"Quran"da var deyə uşaqlarınıza bu adları qoymayın! - SİYAHI
Bakıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
10:36
Bakıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:21
"Bir psixoloq efirə çıxıb deyirsə ki..." - Vəfa Əkbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol