Çilinin paytaxtı Santyaqoda "Santa Maria” qocalar evi yanıb.
Anews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər ölüb. Ölənlərin hamısı qadınlardır. 3 qadının həyatını isə xilas etmək mümkün olub.
Yanğının səbəbləri araşdırılır.