“Quli”nin sağ əli olan avtoritet “Elnur Şuşalı” onun deport xəbərindən danışdı

14:44 | 16.10.2018
“Quli”nin sağ əli olan avtoritet “Elnur Şuşalı” onun deport xəbərindən danışdı

“Quli”nin sağ əli olan avtoritet “Elnur Şuşalı” onun deport xəbərindən danışdı

Bir neçə gün əvvəl İstanbulda polis tərəfindən saxlanılan "Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifov hələ də azadlığa buraxılmayıb.

Sfera.az bildirir ki, Nadir Səlifov İstanbulda miqarantların müvəqqəti saxlanma yerində saxlanılır:
 
"Onun barəsində deport qərarı verilib. Lakin Nadir Səlifovun Rusiya və bir neçə digər ölkə tərəfindən interpol xətti ilə axtarışa verilməsi onun Türkiyədən çıxarılmasının qarşısını alır. Hər gün yaxınlarına yaxşı olacağı, bu gün buraxılacağı vədi verilsə də hələlik Nadir Səlifov azadlığa buraxılmayıb”.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Nadir Səlifova yaxınlığı ilə bilinən kriminal avtoritet Elnur Şuşalı yayılan məlumatın əsassız olduğunu bildirib:

"Yayılan məlumatlar əsassız məlumatlardır. "Quli” bizim böyük qardaşımızdır, hər zaman yanımızdadır. Hər gün bir məlumat yayırlar, gah deyirlər Rusiyada həbs olunub, gah deyirlər Türkiyədə, indi də deyirlər deportasiya olunur. Hamısı əsassız, boş-boş məlumatlardır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM