"Profil şəklimizi kitab edək" - KAMPANİYA

"Facebook"da fəal olan gənclər yeni kampaniyaya başlayıb.
20 minə yaxın üzvü olan "Kitabevərlər" qrupunun fəalları "Profil şəklimizi kitab edək" şüarı ilə geniş təbliğata start veriblər.
Bu barədə Kult.Az-a danışan qrup yaradıcısı Rəşad Babalı deyir ki, bunu sırf kitabın təbliği və mütaliəyə cəmiyyətdə daha çox dəyər verilməsi üçün edirlər:
"İstəyirik ki, sosial şəbəkələrdə profil şəkilləri kitabla çəkdirilən şəkillər və ya sırf kitab rəsmləri olsun. İctimaiyətdə tanınan şəxslər də belə şəkillər çəkdirib bu kampaniyaya qoşulduqlarını elan etsələr, yaxşı olar. Beləliklə əgər uğurlu olacaqsa, kitab cəmiyyətin çox hissəsinə çatacaq. Bu məsələ ilk baxışdan bəsit bir şey kimi görünsə də, nəticədə kitab insanların həyatlarının bir parçası olacaq. Televiziyalar da sosial şəbəkələrdə səs-küy gətirən bu kampaniya barədə danışmağa məcbur olacaqlar. İnanırıq ki, hazırda cəmiyyət tərəfindən unudulmuş kitab belə kampaniyalar nəticəsində daha yuxarılara qalxacaq", - deyə R.Babalı vurğulayıb.
Artıq onlarla gənc öz profil şəklini "kitablı" edərək, kampaniyaya qatılıblar.
Qaynar.info
Son xəbərlər
Daha çox 