Qurban Qurbanov 48 pillə gerilədi

19:30 | 23.10.2018
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Cədvəldə yer alan Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 511-ci pillədə yer alıb. O, ötən siyahı ilə müqayisədə 48 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 510-cu pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis 32 pillə geri düşüb.

Cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

www.anews.az