Qurbanov məğlubiyyətdən danışdı: İki kobud səhv...

09:59 | 21.09.2018
Qurbanov məğlubiyyətdən danışdı: İki kobud səhv...

Qurbanov məğlubiyyətdən danışdı: İki kobud səhv...

İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

Trend-in məlumatına görə, bunu Avropa Liqası çərçivəsində ötən gün Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşmadan sonra (2:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov rəqibi qələbə münasibətilə təbrik edib: "Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq".

Baş məşqçi futbolçularından razı olduğunu da bildirib: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM