“Rabitə işi”nə görə həbs olunan Vidadi Zeynalov azadlıqda

14:56 | 15.03.2019
Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə qərar Sabunçu Rayon Məhkəməsində çıxarılıb. 

Məlumat üçün bildirək ki, V.Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Apellyasiya şikayətindən sonra V.Zeynalovun cəzası 4 ilə endirilmişdi.


www.anews.az
loading...