Radikal islamın dərmanı budur – Tayani

Dünya 17-05-2018 18:30
Radikal islamın dərmanı budur – Tayani
Avropa Birliyinə Suriya və İraqdan çoxlu sayda döyüşçü qayıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Parlamentinin rəhbəri Antoni Tayani deyib. Onun sözlərinə görə, Yaxın Şərqdən qayıdan döyüşçülər əsasən Balkanlara yerləşir:

"Bosniya və Hersoqovinaya, Kosovaya gələn cihadçıların sayı çoxdur. Buna görə də Avropada mülayim islam dəstəklənməlidir. Məhz mülayim islam radikal islamın dərmanıdır”.

www.anews.az