Ramil Quliyev daha bir medal qazandı

13:43 | 13.08.2018
Ramil Quliyev daha bir medal qazandı

Ramil Quliyev daha bir medal qazandı

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Berlində yüngül atletika üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, Quliyev 4x100 metr məsafəyə estafetdə Türkiyə yığmasının heyətində gümüş medal qazanıb.

37,98 saniyə göstərici ilə finişə çatan Türkiyə yığması ölkə tarixində milli rekorda imza atıb. Birinci yeri məsafəni 37,80 saniyəyə ləğv etmiş Böyük Britaniya yığması tutub.

Qeyd edək ki, bundan əvvəl Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa çempionatının qızıl medalını qazanmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM