Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi

10:43 | 19.02.2019
Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi

Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğluna yüksək vəzifə verilib. 

Anews.az criminal.az-a istinadən xəbər verir ki, generalın oğlu Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib.

Ə.Əsədullayevin 34 yaşı var. Bundan əvvəl Bakının müxtəlif polis bölmələrində çalışıb. 

Qardaşı Tamerlan Əsədullayev bir neçə il əvvəl Bakının «Senator» restoranında dava-dalaş salmışdı. Davada bir nəfər bıçaqlanaraq yaralanmışdı. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs edilmişdi. Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş etmişdi.

Əli Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb