Ramil Usubovdan daha bir dəyişiklik

14:02 | 23.04.2018
Ramil Usubovdan daha bir dəyişiklik

Ramil Usubovdan daha bir dəyişiklik

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadr dəyişikliyi edib. 

Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Sumqayıt şəhər Mühafizə İdarəsinin rəis müavini əzifəsinə təyinat olub. Yeni rəis müavini Quliyev Arif Balaqədeş oğludur. O, bu təyinata qədər Sumqayıt şəhər Mühafizə İdarəsində Növbətçi Hissədə çalışıb. 

Onu da qeyd edək ki, Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Aztv sədri Arif Alışanovun qardaşı Akif Alışanovdur. 

Xatıqladaq ki, bir müddət öncə R.Usubovun əmri ilə sabiq rəis müavini Araz Cavadov tutduğu vəzifədən azad edilərək, Zəngilan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə baş inspektor təyin olunmuşdu. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb