• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Rasim Əliyevin ölüm işi: Apellyasiya məhkəməsi başladı

Rasim Əliyevin ölüm işi: Apellyasiya məhkəməsi başladı
27.05.2016 13:32
Mayın 27-də Bakı Apellyasiya Məhkəməsində "ANN.TV"nin əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.

ANN.Az xəbər verir ki,hazırlıq iclasında müdafiə tərəfləri təqdim olunub. Apellyasiya məhkəməsində təqsirləndirilənlər - Elşən İsmayılovu, Camal Məmmədovu, Arif Əliyevi və Samir Mustafayevi vəkil Şəmsəddin Quliyev, Kənan Mədətovu isə vəkil Rəsul Yusifbəyli müdafiə edəcək. Zərərçəkən ailənin nümayəndəsi isə vəkil Fariz Namazlıdır.

Hazırlıq prosesində vəkillər Fariz Namazlı və Şəmsəddin Quliyev cinayət işinin ümumən ibtidai istintaqa qaytarılması haqqında vəsatət qaldırıblar. Hakim Qədim Babayev hər iki vəkilin vəsatətini rədd edib.

Proses iyunun 10-u, saat 12:20-yə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, "ANN.TV"-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. 

O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ötən ilin dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail rayon Məhkəməsində baxılır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
 

Orxan Aslanlı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 09:35
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 06:15
"Uşaqlar valideynlərinin üzünü unutsalar da, yolunu həsrətlə gözləyirlər" - FOTOLAR
Zavodun qaçqın sakinləri - FOTOLAR
Cəmiyyət 05:10
Zavodun qaçqın sakinləri - FOTOLAR
Gələcəyə boylananlar -
Cəmiyyət 03:19
Gələcəyə boylananlar - "Ümid yeri"-dən FOTOLAR
Cəmiyyət 01:37
"Qanlı göl" - təhlükəli evlərdən, qaynayan zibilliklərdən FOTOLAR
Bakının
Cəmiyyət 19:05
Bakının "Milyonerlər məhəlləsi" - FOTOLAR
Cəmiyyət 09:24
"Papanin" gəncləri özlərinə necə yol açdılar? - FOTOLAR
Cəmiyyət 09:24
"Sovetski"də "miras" qalan yeganə tarixi bina - FOTOLAR
Cəbhəyə uzanan yollar - FOTOLAR
Cəmiyyət 11:01
Cəbhəyə uzanan yollar - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol