“Real” 150 milyonluq təklifə “yox” dedi

İdman 25-05-2018 20:42
“Real” 150 milyonluq təklifə “yox” dedi
"Real”a Marko Asensioya görə iki təklig gəlib. 

Unikal.org xəbər verir ki, Markonun agenti Qoratsio Qaxioli Asensio açıqladığına görə futbolçuya 150 milyon avro təklif olunub. O, yerli mətbuata danışarkən futbolçunun "Real”a keçməzdən əvvəl "Barselona” ilə müqavilə bağlamaq şansının da olduğunu bildirib:

"Madrid klubu Asensioya görə Premyer Liqadan iki təklif alıb. Hər iki təklif 150 milyon avro dəyərində idi. Ancaq "Real” onlara "yox” cavabı verib. Çünki Asensionun parlaq gələcəyi var.

Hə, Asensionun "Real”dan əvvəl "Barsa”ya keçmək şansı vardı. "Barselona”nın prezidenti Xosep Bartomeu səhv etdiyini yaxşı bilir. Florentino Peres onu qabaqladı”.

www.anews.az