"Real" yeni baş məşqçisini təqdim etdi

14:16 | 15.06.2018

"Real" yeni baş məşqçisini təqdim etdi

"Real" yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib.

Publika.az xəbər verir ki, 51 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb. Bundan əvvəl kluba Zinəddin Zidan rəhbərlik edib. O, mayın sonunda vəzifəsindən gedib.

Lopeteqi, öz növbəsində İspaniya yığma komandasının baş məşqçisi postunu tutub. O, komanda ilə DÇ-2018-də çıxış etməyə hazırlaşdığı bir vaxtda, İspaniya Futbol Federasiyası rəhbərliyi mütəxəssisin onları "Real" ilə danışıqlar aparması barədə xəbərdar etmədiyinə görə, mundial öncəsi onu tutduğu vəzifədən istefaya göndərib.

Lopeteqinin yerini İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro tutub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb