• $ 1.7
  • € 1.9904
  • ₽ 0.020972
  • ₺ 0.0413
  • £ 2.2981

Rəng korları... - Daltonizm nədən yaranır və uşağa necə keçir

Rəng korları... - Daltonizm nədən yaranır və uşağa necə keçir
04.12.2018 21:30
Daltonizm-rəng korluğu gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Problemə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə olan konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hansısa birinin və ya hər üçünün az olması, yaxud da heç olmamasıdır. Bu patoloji hala ilk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinib. Sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından Medicina.az-a verilən məlumata görə, irsən keçən bu xəstəliyə ən çox oğlan uşaqlarında rast gəlinir. Lakin az hallarda da qız uşaqları da bu çatışmazlıqdan əziyyət çəkirlər. Əgər bu xəstəlik valideynlərdən birində varsa, bu, oğlan uşaqlarında rast gəlinməsi üçün yetərli səbəbdir. Hər iki valideynin daltonik olması qız uşaqlarında bu xəstəliyin əmələ gəlməsinə səbəb olur. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur, lakin əlamətləri özündə daşıyır və gələcəkdə onun oğlu bu problemlə doğula bilər. Hazırda dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir.

Daltonizm tam və qismən rəng korluğu olmaqla iki qrupa ayrılır. Uşaqlıq və ya yeniyetmə dövründən başlayan daltonizm yaş artdıqca ağırlaşır. Xəstəliyin əmələ gəlməsinin başlıca səbəbi genetikdir. Belə ki, problem X xromosomu üzərində daşınır. Lakin beyin travmaları, gözün üst təbəqəsinin zədələnməsi, uşaq ikən ultrabənövşəyi şüalara çox məruz qalınması da xəstəliyin yaranmasına səbəb ola bilər.

Maraqlıdır ki, daltonizmə təkcə insanlarda deyil, heyvanlarda da rast gəlinir.

Bu problemin dəqiq bir müalicəsi olmasa da, qismən rəng korluğu olduqda xromogen linza və xüsusi eynəklərlə xəstənin görə bilmədiyi rənglər parlaq bir hala gətirilə bilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kür çayından qadın meyiti tapılıb
Cəmiyyət 22:59
Kür çayından qadın meyiti tapılıb
Tiktoker Xosrov həbs olunub
Cəmiyyət 22:29
Tiktoker Xosrov həbs olunub
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:15
Bu ərazilərdə qaz olmayacaq
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 19:37
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb
Cəmiyyət 19:10
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb
Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb
Cəmiyyət 18:08
Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb
Abşeronda bir nəfər süni göldə batdı
Cəmiyyət 17:32
Abşeronda bir nəfər süni göldə batdı
14 yaşlı yeniyetmə zorakılıq iddiaları ilə bağlı səhiyyə müəssisəsinə yerləşdirilib
Cəmiyyət 16:42
14 yaşlı yeniyetmə zorakılıq iddiaları ilə bağlı səhiyyə müəssisəsinə yerləşdirilib
İzmayılda PUA hücumu: azərbaycanlı matros yaralandı/Video
Cəmiyyət 15:32
İzmayılda PUA hücumu: azərbaycanlı matros yaralandı/Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol