Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama

21:23 | 15.02.2018
Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama

Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında razılaşmaların həyata keçirilməsində aktiv iştirak edir”, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın bu il keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə görəcəyi işlərlə bağlı suala cavabında bildirib.
 
"Ümid var ki, bu münaqişə həllini tapacaq. Hamı bilir ki, biz bu məsələyə diqqət ayırırıq. Xüsusilə tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik", - deyə M. Zaxarova vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb