Ronaldo 19600 avro çay pulu verdi

16:14 | 19.07.2018
Ronaldo 19600 avro çay pulu verdi

Ronaldo 19600 avro çay pulu verdi

İtaliyanın "Yuventus" klubunun forvardı Kriştiano Ronaldo Yunanıstanın cənub-qərbindəki Messiniya bölgəsində, məşhur "Kosta Navarino" otelində ailəsi ilə birlikdə istirahət edib.

Anews.az milli.az-a istinadən bildirir ki, Ronaldo bu oteldə "Yuventus"un prezidenti Andrea Anyelli ilə kluba transferlə bağlı danışıqlar aparıb.

Otelin servisi Ronaldonun o qədər xoşuna gəlib ki, o, çay pulu qismində 19600 avro pul verib.

"Yuventus" yetkililəri də otel rəhbərliyinə müraciət edərək pulu bütün əməkdaşlar arasında bərabər paylamağı xahiş edib.

K.Ronaldu otelə anasının qeyri-rəsmi nikahda olduğu əri Joze Andradeni də dəvət etmişdi.

Kriştiano Ronaldo iyulun 10-da "Real"ı tərk edərək "Yuventus"a transfer olunub. O, Turində ildə 30 milyon avro maaş alacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti