Ronaldo “Real Madrid”dən ayrılır

22:47 | 16.01.2018
Ronaldo “Real Madrid”dən ayrılır

Ronaldo “Real Madrid”dən ayrılır

İspaniyanın "Real Madrid” klubunun hücumçusu Kristiano Ronaldo mövsümün sonunda komandasından ayrılacaq. 
 
AzVision.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı ulduz futbolçunun komanda yoldaşlarına istinadən məlumat yayıb. 

İddia olunur ki, Ronaldo bəzi komanda yoldaşlarına mövsümün sonunda "evə” (Mançestr Yunayted” – red) dönəcəyini açıqlayıb. Futbolçunun gedişi maaşıın artırılmaması ilə əlaqələndirilir.

Qeyd edək ki, Ronaldo ilə klub prezidenti arasında münasibətlərin bir müddətdir normal olmadığı deyilir. Buna səbəb Ronaldonun illik məvacibinin artırılmamasıdır. Belə ki, ulduz futbolçu Madrid klubundan ilinə 21 milyon avro məvacib alır. Bu isə Messi (50 milyon avro) və Neymarın (36 milyon avro) məvacibidən azdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM