Ronaldo “Real Madrid”i tərk etmək istəyir – Səbəb

17:45 | 15.11.2017
Ronaldo “Real Madrid”i tərk etmək istəyir – Səbəb

Ronaldo “Real Madrid”i tərk etmək istəyir – Səbəb

Madrid "Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo klubu aşağı maaş və özünə qarşı uyğunsuz münasibətə görə tərk etmək istəyir.

Avropa.info xəbər verir ki, bu haqda AS nəşri yazıb. Nəşrin yazdığına görə, Ronaldo "Real”ın "Monako” klubundan 18 yaşlı hücumçu Kilian Mbappeni almaq fikrindən narazı qalıb. Onun fikrinə görə Madriddə onu yetərincə qiymətləndirmirlər. Mbappenin transferindən sonra Ronaldo klubun onu azad etməsini istəyib. Madridlilər sonda razılaşsa da, fransız futbolçu sonda PSJ-yə gedib.

32 yaşlı Ronaldo "Real”ın PSJ-dən Neymarı almaq istəyi arzusu haqda xəbərlərə mənfi reaksiya verib.

Ronaldonu klubla bağladığı müqavilənin maliyyə şərtləri də qane etmir. O, ən azı Neymar və Lionel Messi qədər maaş almaq istəyir. PSJ-də braziliyalı futbolçunun maaşı ayda 3 milyon dolları keçir.

İspaniya KİV-də Ronaldonun "Real”ı 2017/2018 mövsümünün sonunda tərk etmək istədiyi məlumatı yayılıb. Madrid klubunun prezidenti Florentino Peres isə onu qarşıdakı yaydan tez buraxmaq istəmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb