Ronaldu hamıdan yaxşı olduğuna inanır

13:20 | 21.03.2018
Ronaldu hamıdan yaxşı olduğuna inanır

Ronaldu hamıdan yaxşı olduğuna inanır

Madridin "Real” komandasının hücumçusu Kristianu Ronaldu hamıdan yaxşı olduğuna inandığını bəyan edib.

anews.az Lenta.ru-ya istinadla xəbər verir ki, Sky Sports futbolçunun sözlərini sitat gətirir.

"Hər zaman inanmalıyıq ki, hamıdan yaxşıyıq. Hər kəs daha geniş düşünməlidir. Hər zaman inanıram ki, futbolda məndən üstünü yoxdur”, – Ronaldu bəyan edib.

Həmçinin o qeyd edib ki, 2017-ci il onun üçün "arzuların çin olduğu il” olub. O, Çempionlar Liqasında, UEFA-nın Superkubokunda, İspaniya Çempionatında və Superkubokunda qalib olub.

Eləcə də Ronaldu "Qızıl top” mükafatına və Beynəlxalq Futbol Federasiyasının versiyasına görə, ən yaxşı oyunçu tituluna layiq görülüb.

Ötən ilin dekabrında Ronaldu özünü tarixin ən yaxşı futbolçusu adlandırıb. O, bildirib ki, ondan güclü futbolçu hələ doğulmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb