Rumıniya mətbuatı SOCAR-dan yazır

10:00 | 21.06.2018
Rumıniya mətbuatı SOCAR-dan yazır

Rumıniya mətbuatı SOCAR-dan yazır

Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti "Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti "SOCAR Petroleum S.A.”nın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazır.

Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən 309 milyon manat) təşkil edib. 

Rumıniyada 39 yanacaqdoldurma məntəqəsinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqəsində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb.

Bu, 2016-cı illə müqayisədə 10 faiz artım deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi, "OMV Petrom”, "Rompetrol”, MOL və "Lukoil” şirkətləridir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM