“Rus NATO-su” türk dövlətində toplandı

15:44 | 23.05.2018
“Rus NATO-su” türk dövlətində toplandı

“Rus NATO-su” türk dövlətində toplandı

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu da Astanaya iclasda iştiraka gedib.

Görüşdə təşkilatın bütün müdafiə nazirlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb