Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.
Rusiyanın NTV telekanalının "Görüş yeri” ("Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.
İstiPress-in məlumatına görə, proqramda noyabrın 24-də imzalanan bu razılaşma "ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir.
Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. "İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır”-Markov bildirib.
Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb.
Proqramın həmin dəqiqələrinin videokadrlarını təqdim edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !